Ordumuz S-300-ləri hazır vəziyyətə gətirdi - Video 

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz S-300-ləri hazır vəziyyətə gətirdi - Video 

Rəsmi

19 Fevral 2024 17:27 2102


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi, obyektlərin hava hücumundan mühafizəsi, şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqları icra edirlər.  Toyuqlu pizza

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılmasıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!