Qarabağda başlayan yeni eskalasiyanın ilk günlərində Ermənistanın Baş naziri Nikol Paşinyan və digər rəsmilər sərt ritorikadan istifadə edirdilər. Amma Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində status-kvonun dəyişməsindən sonra Paşinyan və komandası yumşalmağa başlayıb. Artıq Ermənistan rəsmiləri davamlı olaraq sülhdən danışır və özlərini əzəli “sülh göyərçini” kimi göstərirlər.
Yenisabah.az xəbərinə görə, Nikol Paşinyanın mətbuat katibi Mane Qevorkyan bildirib ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə həmişə hazır olub. “Ermənistanın Baş naziri bu günki çıxışında qeyd edib ki, Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə hazır olub, indi də hazırdır”, - deyə Qevorkyan qeyd edib.
Ermənistan rəsmilərinin yumşaq ritorikaya keçməsi yuxarıda qeyd etdiyimiz kimi sadəcə Azərbaycan Ordusunun uğurları ilə bağlıdır. Əslində isə Ermənistan sülh danışıqlarını pozan tərəfdir. Məhz Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatından sonra sülh danışıqlarının iflasa uğradığı aydın oldu. Ermənistanın Baş naziri bundan sonra da danışıqlara zərbə vuran açıqlamaları və davranışlarını davam etdirdi. Toyuqlu pizza
İndi özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışan Paşinyan əslində Qarabağdakı qanlı müharibənin əsas səbəbkarıdır.
Telegram kanalımız