“Ortada dəli, zəif bir prezidentin hakimiyyəti vardı” –   Əhməd Məsudun sözçüsü Azərbaycan mediasına danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ortada dəli, zəif bir prezidentin hakimiyyəti vardı” – Əhməd Məsudun sözçüsü Azərbaycan mediasına danışdı

Dünya

31 Avqust 2021 10:32 8946


Bu gün Əfqanıstanda “Taliban”ın nəzarət edə bilmədiyi yeganə ərazi olan Pəncşir Vadisində taliblərə qarşı mübarizə aparan Əhməd Məsudun rəhbərlik etdiyi Əfqanıstan Milli Müqavimət Cəbhəsinin (NRFA) sözçüsü, əslən tacik olan əfqan jurnalist və siyasətçi Məhəmməd Fahim Daştinin Yenisabah.az-a müsahibəsi:

- Hazırkı mübarizənizi necə qiymətləndirirsiniz?

- Ölkəmiz və xalqımızı müdafiə etməyə, onların haqları uğrunda mübarizə aparmağa qərarlıyıq. “Taliban” ya sülh üçün müzakirəni, ya da hərbi vasitələrlə mübarizəni seçəcək. Əgər sülh üçün danışıq yolunu seçsələr, biz buna hazırıq. Ancaq danışıqların tam şəkildə həyata keçirilməsini istəyirik. Yox, əgər müharibə istəsələr, biz döyüşməyə də hazırıq. Marqarita pizza

- Talibanı məğlub edə biləcəyinizi düşünürsünüzmü?

- İstənilən mübarizədə nə üçünsə ayaqda qalırsan. O mübarizədə birləşdiyinizə, bir olduğunuza inanırsan. Bəli, bu gün biz ayaqdayıq və və inanırıq ki, onları məğlub edə bilərik. Ancaq biz müharibədən əvvəl dinc yolla məsələnin həllinə üstünlük veririk.  Müharibəni başlatmayacağıq, amma “Taliban” müharibəni başlatsa, əvvəldə də qeyd etdiyim kimi, sonunadək mübarizə aparamağa hazırıq.

- Hərbi gücünüzü mübarizə üçün yetərli hesab edirsinizmi?

- Bizim əsası 90-cı illərə söykənən məhdud resurslarla müqavimət təcrübəmiz var. Bu biliklərdən istifadə edə bilərik. Biz bilirik ki, Əfqanıstanın çox hissəsinə “Taliban” nəzarət edir və onların çoxlu hərbi silahları, topları və s. var. Ancaq niyyətimiz qədər inancımız yüksəkdir, özləri üçün daha yaxşı gələcək axtaran əfqan xalqının dəstəyinə sahib olduğumuzu düşünürük.

- Hesab edirsiniz ki, “Taliban”la hər hansısa şəkildə razılığa gəlmə ehtimalı var?

- Bəli, biz artıq “Taliban”la danışıqlara başlamışıq, bir neçə dəfə danışıq baş tutub.  Ümumiyyətlə, danışıqlara və sülhə şans verməli olduğumuza inanırıq.

- Bir az əvvələ qayıdaq. Sizcə, hansı faktorlar “Taliban”ın qələbəsində mühüm rol oynadı?

- Ortada dəli, bacarıqsız və çox zəif bir prezidentin hakimiyyəti, bununla yanaşı, bir çox daxili və xarici faktorlar var. Fakt budur ki, bizim qanuni bir hökumətimiz vardı, sadəcə təəssüf ki, bu işləri bacarmayan bir şəxs tərəfindən idarə olundu.  

İkincisi bir məqam ABŞ-ın “Taliban”a yanaşmasıdır. Son illər onlar “Taliban”la danışıqlar aparırdı, “Taliban”a legitimlik verirdilər. Nəticədə onlar gücləndilər. Ancaq gələcək bizim mövqeyimizdən asılıdır. Ölkəmiz üçün daha yaxşı bir gələcək qurmaq, o cümlədən əfqan xalqının hüquqlarını müdafiə etmək uğrunda mübarizəmizdə uğur qazansaq, bizim üçün hər şey yaxşı olacaq. 

Yox, əgər müvəffəqiyyət əldə edə bilməsək və o bizim həyatımıza bahasına başa gəlsə, yenə də biz qalib olacağıq, çünki tarix bizim haqqımızda olacaq. Əfqanıstanda nə SSRİ dövründə, nə də Talibanın ilk vaxtlarında təslimiyyəti seçməmiş insanlar olub, olacaq. Bu da bir qalibiyyətdir.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!