Ötən ay doğulan uşaqların sayı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay doğulan uşaqların sayı məlum oldu

Sosial

17 Mart 2025 15:06 231


Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8557 doğulan körpə qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,7-dən 9,9-a qədər artıb. pizza sifarişi

Doğulan körpələrin 54,6 faizi oğlan uşaqları, 45,4 faizi isə qız uşaqları olub. Körpələrdən 352-si əkiz, 12-si isə üçəm doğulub. Cari ilin yanvar ayı ərzində ölkədə 5727 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,6-ya qədər artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!