Ötən gün Türkiyədən qayıtmışdı -   Bu gün vəfat etdi-FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün Türkiyədən qayıtmışdı - Bu gün vəfat etdi-FOTO

Hadisə

03 Dekabr 2025 14:38 18097


İsmayıllı Rayon Məhkəməsinin sabiq sədri Şükür Məmmədli 71 yaşında vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Ş.Məmmədli bu ilin sentyabrında başından əməliyyat olunubmuş. O, oktyabr ayında radioloji müayinə üçün Türkiyəyə gedib və ötən gün Azərbaycana qayıdıb. Marqarita pizza

Həmin gün vəziyyəti ağırlaşıb və dünyasını dəyişib.

Qeyd edək ki, Şükür Malik oğlu Məmmədli 1954-cü ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. O, 1978-2000-ci illərdə Azərbaycanın ədliyyə və məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. Ş.Məmmədli 1993-cü ildən 2000-ci ilə qədər İsmayıllı Rayon Məhkəməsinin hakimi və sədri olub.

Ş.Məmmədlinin 3 övladı var.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!