“Ötən il cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib”

saytların hazırlanması

Evə çatdırılma

“Ötən il cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib”

Kriminal

31 May 2019 09:04 1057


“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib və bu da ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir".

"Yeni Sabah" xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və məlum olmayan səbəblərdən irəli gələ bilər: "Hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik öz səylərini artırmalıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!