Övladları ilə birlikdə İsraildən qaçan Alla Puqaçova paylaşımı ilə sükutu pozdu 

saytların hazırlanması

Evə çatdırılma

Övladları ilə birlikdə İsraildən qaçan Alla Puqaçova paylaşımı ilə sükutu pozdu 

Şou

31 Oktyabr 2023 16:30 1710


Fələstin-İsrail münaqişəsi fonunda övladları ilə birlikdə İsraildən qaçan Rusiyanın Xalq artisti Alla Puqaçova səssizliyi pozub. 

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, 74 yaşlı sənətkar 4 aydan sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Alla yumorist əri Maksim Qalkin və övladları Harri ilə Lizanın fotolarını yayımlayaraq “Yaşamağa davam” qısa şərhini yazıb. Puqaçova yazılan neqativ dolu şərhlərdən özünü sığortalamaq üçün paylaşımının rəy bölməsini bağlayıb.  Pepperoni pizza

Xatırladaq ki, Alla Puqaçova, Maksim Qalkin və övladları Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraili tərk edərək 2017-ci ildən vətəndaşı olduqları Kiprə köçüblər. 

Qeyd edək ki, 74 yaşlı Xalq artisti xaricdəki köçəri həyatdan bezib. Bir il əvvəl o, azyaşlı uşaqları Liza və Harri ilə birlikdə Rusiyadan İsrailə qaçmalı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!