Övladlarının məzarını təmizləyən şəhid anasının pulunu oğurladılar

saytların hazırlanması

Evə çatdırılma

Övladlarının məzarını təmizləyən şəhid anasının pulunu oğurladılar

Hadisə

28 Aprel 2023 10:16 834


Mingəçevirdə şəhid anasına qarşı oğurluq hadisəsi qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. 

Övladlarının məzarını təmizləyərkən dəsmal yumaq üçün uzaqlaşan ana çantasını məzarların yanında qoyub. Bu zaman onun çantasından telefon və pul qabı oğurlanıb.  Toyuqlu pizza

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!