Ovusu “Qarabağ“dan getdi

Ovusu “Qarabağ“dan getdi

İdman Saytların hazırlanması

30 Yanvar 2023 13:48 779


"Qarabağ"ın futbolçusu Ovusu Kvabena klubdan ayrılıb. 

Qol.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu "Ferentsvaroş"a transfer olunacaq. O, artıq sözügedən klubla müqavilə imzalamaq üçün Macarıstana yollanıb. 

Ovusunun Ağdam klubu ilə transferi bu ilin iyununda başa çatırdı və onun Budapeşt klubuna azad agent kimi keçəcəyi gözlənilirdi. Lakin o, indi "Qarabağ"ın oyunçusu statusunda "Ferensvaroş"a transfer olunduğundan Ağdam klubunun bu keçiddən təxminən 350 min avro qazanacağı bildirilir. 

Qeyd edək ki, Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edirdi. Ağdam klubu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi olub. 

Əlavə edək ki, Ovusunun "Qarabağ"dan ayrılmasına dair ilk xəbəri supersport.az saytı yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!