Argentinada futbol azarkeşi Argentina-Xorvatiya oyununa gecikməmək üçün sərnişinlərlə dolu avtobusu qaçırıb.
Yenisabah.az “Oddity Central”a istinadla xəbər verir ki, oyunun başlamasına dəqiqələr qaldığını və pik saatlarda evə gecikə biləcəyini anlayan argentinalı çarəsiz addım atıb.
Hadisə dekabrın 13-də Santa Maria şəhərində baş verib. Avtobus sürücüsü mağazaya daxil olarkən 53 yaşlı kişi onun yerinə oturub və avtobusu evinə doğru sürüb. Sezar pizza
Mənzilbaşına çatan şəxsi polis yerindəcə zərərsizləşdirib və o, təkcə komandanın oyununun başlanğıcını yox, bütün çempionatı qaçırıb.
Telegram kanalımız