“Oyunlarda ürəyimi qoyacağam“ - “Neftçi“nin yeni transferi

saytların hazırlanması

Evə çatdırılma

“Oyunlarda ürəyimi qoyacağam“ - “Neftçi“nin yeni transferi

İdman

22 Yanvar 2023 08:29 822


"Astana" klubunun məşqçi heyəti ilə danışandan sonra qərar verdim. Razılığa gəldik ki, başqa yerə getmək mənim üçün daha yaxşı olar. Mən dərhal agentim və ailəmlə danışdım. Haradasa, bir gün son agentim zəng eləyib "Neftçi"dən təklif olduğunu dedi. Buna çox sevindim. Çünki "Neftçi böyük və tanınmış klubdur. Mənim "Neftçi"yə gəlməyim belə baş verdi". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Kilan Lebon klubun televiziyasına müsahibəsində deyib. 

25 yaşlı yarımmüdafiəçi bildirib ki, məqsədi klubun istəklərini həyata keçirməkdir: "Öz oyun üslubumla komandaya bacardığım qədər fayda vermək istəyirəm. İstəyirəm ki, həm klub, həm azarkeşlər, həm də bizim hamımız xoşbəxt olaq".  Dominos pizza

O, daha sonra vurğulayıb: "Əvvəlcə "İstaqram"dakı bütün bu şərhləri görəndən sonra telefon əlimdəykən gülümsəyirdim. Çünki azarkeşlərin səni istəməsi çox yaxşı hissdir. Mən də öz növbəmdə azarkeşlərə demək istəyirəm ki, meydanda əlimdən gələnin ən yaxşısı etməyə çlışacağam. Oyunlarda ürəyimi qoyacağam. Çalışacağam ki, qol vurum, qələbələr qazanım və hər şeyə nail olum". 

Qeyd edək ki,  K. Lebon "Neftçi" ilə 1,5+1 illik müqavilə imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!