“Öz Gələcəyini Qur“ layihəsi yekunlaşıb

saytların hazırlanması

Evə çatdırılma

“Öz Gələcəyini Qur“ layihəsi yekunlaşıb

Sosial

12 Mart 2019 14:39 1071


Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və "Coca-Cola" şirkətinin dəstəyi ilə AIESEC Azərbaycan təşkilatı sayca üçüncü olan "Öz Gələcəyini Qur" layihəsini həyata keçirib. 

“Yeni Sabah” xəbər verir ki, layihənin əsas məqsədi 16-25 yaş qrupundan olan gənclərə gələcək peşə sahələrini seçməkdə, eləcə də öz biznesini qurmaqda köməklik göstərməkdir. 5 gün ərzində reallaşan layihə ərzində müxtəlif ölkələrdən olan 10 beynəlxalq iştirakçı tərəfindən Azərbaycanlı gənclərə biznes, startap, marketinq, idarəçilik qaydaları, iqtisadiyyat və maliyyənin əsasları barədə intensiv təlimlər keçirilib. Təlimlər bitdikdən sonra iştirakçılara qazandıqları bilikləri nümayiş etdirmək üçün komandalar şəklində işləyərək təqdimat etmək imkanı yaradılıb.

 Sonda isə iştirakçılar sertifikatla təltif edilib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!