“Öz milliyyətimdən imtina etmirəm, amma...” - Ayaz 

saytların hazırlanması

Evə çatdırılma

“Öz milliyyətimdən imtina etmirəm, amma...” - Ayaz 

İdman

16 Fevral 2022 11:42 823


"Öz milliyyətimdən imtina etmirəm, amma indi "razıyam, gedirəm" deyə bilmirəm. Hər şeyi müzakirə etmək lazımdır. Mən böyümüşəm və bütün həyatımı Rusiyada keçirmişəm. Burada çoxlu dostum var. Oraya gəldikdə, bu, milli mənsubiyyətlə bağlı məsələdir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya "Arsenal"ının (Tula) futbolçusu Ayaz Quliyev Azərbaycan millisində oynayacağına dair iddialara münasibət bildirərkən deyib.

Əslən azərbaycanlı 25 yaşlı yarımmüdafiəçi hələlik bu məsələdə konkretliyin olmadığını söyləyib: "Belə deyək, əlaqə saxladılar, sonra dayandılar. Ardından yenidən əlaqə saxladılar. Amma konkretlik yox idi. Konkretlik olanda bu haqda düşünəcəyəm". Marqarita pizza

Qeyd edək ki, AFFA-nın A.Quliyevi yığmanın növbəti matçlarına qədər milliləşdirmək istədiyi barədə xəbərlər yayılıb. (Matç TV)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!