“Özbəkistan, təhlükəsizliyini təmin etmək üçün kifayət qədər potensiala malik olduğu üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü yeniləmək niyyətində deyil”.
Yenisabah.az özbək KİV-nə istinadla xəbər verir ki, bu sözləri Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov jurnalistlərə olan açıqlamasında deyib.
Xatırladaq ki, 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olunmuş və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etmişdi. 2012-ci ildə isə Özbəkistan KTMT üzvlüyündən imtina etmişdi. pizza mizza
Telegram kanalımız