Özbəkistanda əfqan təyyarəsi qəzaya uğrayıb? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistanda əfqan təyyarəsi qəzaya uğrayıb? - Açıqlama

Dünya

16 Avqust 2021 12:49 810


Özbəkistanın Müdafiə Nazirliyi Əfqanıstan Hərbi Hava Qüvvələrinin nişanları olan təyyarənin ölkənin cənubunda qəzaya uğramasına dair videonu araşdırır.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, video avqustun 15-də internetdə paylaşılıb.

Əfqanıstan Hərbi Hava Qüvvələrinin qəzaya uğradığı iddia edilən təyyarənin hissələrini əks etdirən fotoşəkillər və video görüntülər geniş tirajlanıb. Sezar pizza

Hadisənin Özbəkistanın Surxandərya vilayətinin Şerabad rayonunda baş verdiyi və Əfqanıstan hökumət qüvvələrinin bir hərbçisinin yaralandığı iddia olunur.

"Hazırda bu videonu və məlumatı öyrənirik və ətraflı təhlil aparılır", - deyə Müdafiə Nazirliyinin sözçüsü bildirib.

O əlavə edib ki, araşdırmanın nəticələri yaxın vaxtlarda açıqlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!