“Dünən hökumətin hesabatı zamanı Milli Məclisdə xeyli təkliflər səsləndi. Amma çox təəssüf ki, özəl sektorun inkişafı üçün təkliflər barədə oxumadım”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış jurnalist Vüsalə Mahirqızı deyib. O bildirib ki, bütün sahələrdə, ümumiyyətlə, ölkənin gələcəyində özəl sektorun yeri artmalıdır:
“Dövlət bu qədər çoxlu yükdən xilas olmalıdır, nəzarətedici funksiyanı yerinə yetirməlidir. Əgər bunu istəyiriksə, ilk növbədə təhsildə özəl sektorun payı artırılmalıdır. Cəmiyyət də, dövlət də ibtidai və orta təhsil pilləsində özəl məktəblərin sayının artmasının stimullaşdırılmasında maraqlı olmalıdır. Açıq demək lazımdır ki, özəl təhsil müəssisələrinin təhsil və təlim keyfiyyəti ilə dövlət məktəblərindəki təhsilin keyfiyyəti müqayisə olunmazdı. Səbəb imkanlar, vəsait və s. Dövlət bu gün təhsil verdiyi hər şagirdə ildə 600 dollar civarında vəsait ayıra bilir. Özəl təhsil müəssisəsində hər şagird üçün illik ödəniş 5-40 min manat arasında dəyişir. Fantastik fərqdən söhbət gedir və bunun qarşısında keyfiyyət uçurumunun olmaması mümkünsüzdür”. Marqarita pizza
V.Mahirqızı qeyd edib ki, bu gün Azərbaycanda özəl təhsil 1 faizdən bir az yuxarıdır:
“Bu o deməkdir ki, özəl məktəblərin dövlətə verdikləri vergi ümumi büdcədə böyük vəsait deyil. Amma sahibkar üçün bu böyük vəsaitdi. Bu məktəbləri vergidən bir neçə illik azad etməklə qiymətin aşağı salınmasına, bölgələrdə filiallar açmalarına, orta təbəqənin də övladını özəl məktəbdə oxutdurmasına nail olmaq mümkündür. Özəl təhsil müəllim üçün yüksək maaş, keyfiyyətli təhsil, çoxdilli, gələcəkdə əmək bazarında rəqabətə davamlı işçi qüvvəsi deməkdir. Özəl təhsil müəssisəsi repititorluğa da son deməkdir. Məncə, hökumət özəl orta təhsilin stimullaşması üçün xüsusi təkliflər işləyib hazırlamalıdır”.
Telegram kanalımız