“Özü istefa verib getməlidir” – Səfir tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

“Özü istefa verib getməlidir” – Səfir tənqid olundu

Siyasət

13 Noyabr 2020 17:06 3363


“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici işlər naziri Sergey Lavrovu əvəz edir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər:  Dominos pizza

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi, Azərbaycan heç vaxt heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək.

Prezidentin dediyi kimi, nə qədər ki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”./Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!