“Özü Nataşanın yanına gedib, arvadı da burda...” - Ekspertdən sərt sözlər

“Özü Nataşanın yanına gedib, arvadı da burda...” - Ekspertdən sərt sözlər

Sosial Veb saytların hazırlanması

18 Mart 2023 11:54 5772


Son vaxtlar ailədaxili münaqişələrin sayı artıb. Azərbaycanda evli qadınların və qızların evdən qaçması ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Maraqlıdır, qadınların evdən qaçmalarına səbəb nədir? Qadın niyə ailəsini və uşaqlarını atıb qaçır? 

Bəziləri bunda kişilərin rolunun da böyük olduğunu bildirir və iddia edirlər ki, qadınların hüquqları ilə bağlı vəziyyət çox acınacaqlıdır. 

Digər qisim isə qadınların dözümsüzlük göstərdiyini, keçmiş dövrdən fərqli olaraq, çətinliklərə sinə gərmək istəmədiklərini iddia edirlər. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bildirib ki, bütün məsuliyyəti kişilərin üzərinə atmaq doğru yanaşma deyil: 

“Hər şeyi də kişilərin üstünə atmaq olmaz. 41-45 müharibəsində mənim atam Vəzir kişi gedib 4 il vuruşmuşdu. Onda belə çıxır ki, anam ondan boşanıb kiməsə getməli idi, ya da kiməsə qoşulub qaçmalı idi... Belə şey yoxdur. Qadınlarımızda dözümlülük, kişilərdə qazanc dalınca getmək istəyi olub”. 

Ekspert qeyd edib ki, bəzən kişilər də xanımlarına qarşı anlayışsız davranır və ailədə problemlər ortaya çıxır: 

“İndiki kişilərin çoxu Rusiya sahillərinə səpələnib, Nataşaların, Marusiyaların dalınca gediblər. Burdakı qadınlar da qalıb evdə. Çünki həmin kişilər qadını alırlar ki, arvad olsun, onlar ailə qurmaq üçün evlənmirlər. Ad olsun ki, arvadıdır, bir-iki dəfə də doğuzduracaq, vəssalam. Sonra da çıxıb gedirlər, arvad qalır burda. Bunlar başa düşmürlər ki, fizioloji baxımdan axı qadına da kişi lazımdır. Sən bunu başa düşmürsənsə, get Sabiri, Məmmədquluzadəni oxu, ya da həyat dərsini təzdən keç”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!