Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu - Bakıda   ŞOK hadisə

saytların hazırlanması

Evə çatdırılma

Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu - Bakıda ŞOK hadisə

Hadisə

21 İyul 2021 11:46 1659


Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib.

"Qafqazinfo" xəbər verir ki, rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb. Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub. Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!