Özünü Fətəli xan Xoyskinin nəticəsi kimi təqdim edən xanım əslində kimdir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Özünü Fətəli xan Xoyskinin nəticəsi kimi təqdim edən xanım əslində kimdir? - Video

Mədəniyyət

01 İyul 2021 18:19 1989


Özünü Xoyski nəslinin nümayəndəsi kimi təqdim edən Mariya xan Xoyskaya Martignolinin sözügedən nəsillə qan bağı yoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə AzTV-nin “Yüz ilin adamları” verilişində Fətəli xan Xoyskinin qardaşı nəvəsi Azad xan Xoyski məlumat verib.

O, soyadı Xoyskaya olan xanımın onların nəsli ilə olan bağı barədə həqiqətləri açıqlayıb. “Yoldaşım 1998-ci ildə rəhmətə gedib. 4 ay sonra İnqa Vladimirovna Zvyagintseva adlı xanımla tanış oldum, evləndik. Onun Mariya adlı bir qızı var idi. 6-cı sinifdə oxuyurdu. Bir dəfə mənə dedi ki, həmişə atamın olmasını arzulamışam. Mən də onu övladlığa götürmək üçün məhkəməyə müraciət etdim. Beləcə mənim soyadıma keçdi. Anası ilə isə 1 il bir yerdə yaşadıq. İsveçrədə yaşayan, özünü Fətəli xanın nəticəsi kimi təqdim edən Mariya mənim övladlığımdır”, - deyə A.Xoyski qeyd edib. Sezar pizza

Azad xan Xoyskinin sözügedən müsahibəsinə verilişin 31-ci dəqiqəsindən baxa bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!