Əfqanıstan və Pakistan arasındakı gərginlik bu gün səhər saatlarında açıq hərbi qarşıdurmaya çevrilib. İslamabad rəsmi olaraq Kabilə qarşı açıq müharibə elan edib. Bölgədə yaşanan sürətli toqquşmalar və artan hərbi fəaliyyətlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Ekspertlər qarşıdurmanın əsas səbəblərini ərazi sərhəd mübahisələri, Durand xətti boyunca nəzarət uğrunda gərginlik və hər iki ölkədə fəaliyyət göstərən separatçı qrupların fəaliyyətləri ilə izah edirlər. Son illərdə sərhəd bölgələrində baş verən kiçikmiqyaslı toqquşmalar və silahlı insidentlər bu gərginliyi daha da artırıb. Nəticədə qarşıdurmanı açıq müharibəyə gətirib çıxarıb.
“Yeni Sabah” Əfqanıstan və Pakistanın hərbi gücü ilə bağlı təhlili təqdim edir. Marqarita pizza
Hazırkı vəziyyət
Müharibənin başlanmasından sonra sərhəd bölgələrində qarşıdurmalar intensivləşib. Əfqanıstanın strateji mövqeləri hədəf altındadır, toqquşmalar davam edir. Pakistan isə quru, hava və dəniz qüvvələrindən istifadə edərək üstünlük əldə etməyə çalışır. Beynəlxalq təşkilatlar, xüsusilə Çin və ABŞ, hər iki tərəfi təmkin göstərməyə və danışıqlara çağırıb.
Münaqişənin gedişatı göstərir ki, hər iki tərəf taktiki üstünlük qazanmaq üçün aktiv əməliyyatlar aparır. Əfqanıstanın məhdud hərbi resursları və texnologiyası, Pakistanın geniş imkanları ilə müqayisədə daha zəif mövqeyə malikdir.

Hərbi güc müqayisəsi
Orduların effektivliyi yalnız saydan deyil, həm də texnologiya, silah çeşidi və strateji imkanlardan asılıdır. Bu səbəbdən, hər iki ölkənin hərbi gücünün müqayisəsi münaqişənin gedişatını daha yaxşı anlamağa imkan verir.
ABŞ mərkəzli Global Firepower təşkilatının 2026-cı il məlumatına görə, Pakistan ilə Əfqanıstan arasında hərbi imkanlarda böyük fərq var.
Pakistan dünyanın ən güclü orduları sırasına daxildir və nüvə silahı, modern hava, quru və dəniz qüvvələri ilə tam şəkildə tam təşəkküllü orduya malikdir. Əfqanıstan isə, əsasən, ələ keçirilmiş texnika və asimmetrik qüvvələrə əsaslanan daha yüngül hərbi sistemə sahibdir.
Dünyanın ordu sıralamasında 14-cü yerdə olan Pakistanla 121-ci yerdə qərarlaşan Əfqanıstanın hər güc imkanlarının müqayisəsi belədir:

Aktiv hərbi personallar
Pakistan: 660.000
Əfqanıstan: 75.000
Hərbi hava qüvvələri
Ümumi təyyarə: Pakistan 1.397, Əfqanıstan 5
Döyüş təyyarələri: Pakistan 331, Əfqanıstan 0
Hava tankerleri: Pakistan 4, Əfqanıstan 0
Helikopterlər: Pakistan 379, Əfqanıstan 3
Hücum helikopterləri: Pakistan 55, Əfqanıstan 0
Quru qüvvələri
Tanklar: Pakistan 2.677, Əfqanıstan 0
Zirehli nəqliyyat vasitələri: Pakistan 59.044, Əfqanıstan 3.902
Dəniz qüvvələri
Sualtı qayıqlar: Pakistan 8, Əfqanıstan 0
Fırkateynlər: Pakistan 9, Əfqanıstan 0
Korvetlər: Pakistan 6, Əfqanıstan 0
Gözətçi gəmiləri: Pakistan 79, Əfqanıstan 0
Əfqanıstanın dənizə çıxışı olmadığı üçün ölkənin klassik mənada dəniz qüvvələri mövcud deyil. Bu səbəbdən hərbi strategiya əsasən quru və hava qüvvələrinə əsaslanır və dəniz donanmasının yaradılması ölkə üçün strateji zərurət hesab olunmur.

Ənənəvi hərbi üstünlük
Ekspertlərin fikrincə, qısa müddətli və cəbhə xəttində baş verəcək klassik bir müharibə ssenarisində Pakistanın əzici üstünlüyü mübahisəsizdir. Hava hücumundan müdafiə sistemləri, radar şəbəkəsi, ballistik raket qabiliyyəti və nüvə silahlarının mövcudluğu digər ölkələri ona qarşı hücum etməyə cəsarət edə bilməz hala gətirir və münaqişəni qabaqcadan dayandırmaq üçün ona strateji üstünlük yaradır.
Lakin Əfqanıstanın əsas üstünlüyü coğrafi mövqeyində və döyüş doktrinasında yerləşir. Dağlıq və çətin relyefli ərazi, ölkəni xarici müdaxilələr üçün son dərəcə baha başa gələn bir sahəyə çevirir. Rəqəmlər Pakistanın tam təçəkküllü gücünü açıq şəkildə göstərir. Amma tarix bir daha sübut edib ki, yalnız hərbi texnologiyaya güvənmək, Əfqanıstanda hər zaman kifayət etmir.
İlhamə Qasımlı
Telegram kanalımız