Pakistanda partlayış: Çin vətəndaşları öldürüldü 

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda partlayış: Çin vətəndaşları öldürüldü 

Dünya

07 Oktyabr 2024 12:24 375


“Bəlucistan azadlıq ordusu” Kəraçi hava limanı yaxınlığında Çin şirkətinə məxsus avtomobil karvanının partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. 

Yenisabah.az xəbər verir ki, avtomobil karvanı Pakistanda kömürlə işləyən iki elektrik stansiyası tikən “Port Qasim Power Generation Co Ltd” şirkətinə məxsus olub. 

Çinin Pakistandakı səfirliyi hadisə nəticəsində azı iki nəfər Çin vətəndaşının həlak olduğunu, birinin yaralandığını bildirib. Pakistan polisinin mətbuata verdiyi açıqlamada isə hücum zamanı yaralanan 10 nəfərdən birinin vəziyyətinin ağır olduğu deyilir.  pizza mizza

Hücumun məsuliyyətini Bəlucistan əyalətinin Pakistandan ayrılmasına çalışan “Bəlucistan azadlıq ordusu” öz üzərinə götürüb. Onlar uzun müddətdir ki, ölkənin müxtəlif ərazilərində çinli işçilərə qarşı hücumlar təşkil edir. 

Qeyd edək ki, bəluclar Pakistan, İran və Əfqanıstan ərazilərində yaşayan bir xalqdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!