Pakistanda silahlılar 42 nəfəri öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda silahlılar 42 nəfəri öldürdü

Dünya

22 Noyabr 2024 16:43 668


Pakistanın şimal-qərbində silahlı şəxslərin şiə müsəlmanları daşıyan avtomobillərə atəş açması nəticəsində, 6-sı qadın olmaqla, azı 42 nəfər həlak olub.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, bölgədə son illərdə ən qanlı hücumlardan birində daha 20 nəfər yaralanıb.

Yerli polis ən azı 10 sərnişinin vəziyyətinin ağır olduğunu bildirib. Marqarita pizza

Hücum son aylarda əksəriyyəti sünni müsəlmanlar və azlıqda olan şiələr arasında məzhəblərarası toqquşmalarda onlarla insanın həlak olduğu Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində baş verib.

Son hücuma görə heç kim məsuliyyəti üzərinə götürməyib. Hücum səlahiyyətlilərin ölümcül toqquşmalardan sonra həftələrlə bağlı olan bölgədə əsas magistral yolu yenidən açmasından bir həftə sonra baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!