Pakistanlı jurnalist İlham Əliyevlə bağlı maraqlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanlı jurnalist İlham Əliyevlə bağlı maraqlı paylaşım etdi

Siyasət

10 Avqust 2024 00:03 867


"Pakistan Daily" qəzetinin redaktoru Hamza Azhar Salam "X" hesabında Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, jurnalist ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, Azərbaycan lideri barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib.

Paylaşımı təqdim edirik: Dördpendirli pizza

"Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:

1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;

2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;

3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;

4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;

5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;

6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;

7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;

8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;

9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!