Pandemiyadan əziyyət çəkən ailələrə 920 dollar veriləcək   - Yaponiyada

saytların hazırlanması

Evə çatdırılma

Pandemiyadan əziyyət çəkən ailələrə 920 dollar veriləcək - Yaponiyada

Dünya

26 May 2021 16:24 1334


СOVID-19-un iqtisadiyyata təsiri nəticəsində gəlirlərini itirən Yapon xalqının vəziyyətini hökumət yaxşılaşdırmağa çalışır. Bu məqsədlə ehtiyacı olan ailələrə yeni pul yardımı göstərilməsi planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, plan layihəsi daxilində 1 milyon yendən (9 min 190 dollar) çox depozit qoyuluşu olmayan hər bir ehtiyac sahibi ailəyə 100 min yenə (920 dollar) qədər nağd pul paylanacaq. İyul ayından etibarən tək üzvlü ailələrə 60 min yen (550 dollar), iki üzvü olan ailələrə 80 min yen (735 dollar), 3 və ya daha çox üzvü olan ailələrə isə 3 ay ərzində 100.000 yen (920 dollar) veriləcək.

Qeyd edək ki, ölkə daxilində 10 əyalətdə COVID-19-a qarşı tətbiq olunan və 31 may tarixində sona çatması planlaşdırılan fövqəladə vəziyyətin üç həftə uzadılması gözlənilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!