Pandemiyanın pik dövrünə az qaldı - Proqnoz 

saytların hazırlanması

Evə çatdırılma

Pandemiyanın pik dövrünə az qaldı - Proqnoz 

Dünya

18 Aprel 2021 08:17 648


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik dövrü barədə proqnozlarını açıqlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb. Onun sözlərinə görə, Yer kürəsinin əhalisi tezliklə bütün pandemiya dövründən bəri yoluxmanın pik dövrünə yaxınlaşacaq. ÜST rəhbəri yoluxma və ölüm hallarının artmağa davam etdiyini, bu səbəbdən tezliklə maksimum göstəriciləri görəcəyimizi proqnozlaşdırdı.

“Dünyada həftəlik yeni hadisələrin sayı son bir neçə ayda təxminən iki dəfə artıb və pandemiya başlayandan bəri gördüyümüz ən yüksək yoluxma nisbətinə yaxınlaşıb”, - deyə o, bildirib. Toyuqlu pizza

Xatırladaq ki, aprel ayının əvvəlində o, dünyada koronavirusdan ölümlərin artdığını elan etmişdi. Qebreyesus vaksinasiyanı COVID-19 ilə mübarizədə yeganə yol olmadığını vurğulamışdı.

ÜST rəhbəri sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə çağırıb. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!