“Pandemiyanın pik nöqtəsi hələ qabaqdadır...” – ÜST rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyanın pik nöqtəsi hələ qabaqdadır...” – ÜST rəsmisi

Sağlamlıq

15 Aprel 2020 07:13 993


Dünyanın bir sıra ölkəsində koronavirusa yoluxanların sayının artdığını nəzərə alaraq, demək olar ki pandemiyanın pik nöqtəsi hələ qabaqdadır.

“Reuters” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris bildirib.

Onun sözlərinə görə, xəstəliyə qarşı vaksin ən tezi bir ildən sonra hazır olacaq. pizza sifarişi

“Yoluxma halları İspaniya və İtaliya kimi ölkələrdə azalır. Böyük Britaniya və Türkiyədə, əksinə bu say artır. Hal-hazırda virusun yayılmasını durdurub vəziyyəti nəzarət altına almalıyıq. Yalnız bundan sonra karantin məhdudiyyətlərini yumşalda bilərik”, - deyə M.Harris əlavə edib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!