YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Papanin“də və “Kubinka“da 8 narkotacir tutuldu

“Papanin“də və “Kubinka“da 8 narkotacir tutuldu

Kriminal

29 Sentyabr 2022 11:49 550


Ötən gecə “Papanin”, “Kubinka”, eləcə də Nəsimi rayonun digər ərazilərdə daha bir əməliyyat keçirilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!