Papuaşvili Bakı və İrəvan arasında vasitəçilik təklif edəcək

saytların hazırlanması

Evə çatdırılma

Papuaşvili Bakı və İrəvan arasında vasitəçilik təklif edəcək

Rəsmi

11 Dekabr 2023 11:57 826


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Azərbaycana səfəri çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı vasitəçiliyi müzakirə olunacaq.

Yenisabah.az Gürcüstanın ictimai telekanalına istinadla xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib.

Onun sözlərinə görə, bu, Gürcüstan Baş nazirinin sülh təşəbbüsüdür və rəsmi Tbilisinin həmin istiqamətdə uğurla irəliləyir. Toyuqlu pizza

Səfir qeyd edib: “Gürcüstanın vasitəçiliyi çox vacibdir və düşünürəm ki, bu və digər məsələlər müzakirə ediləcək”.

Diplomat Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan Baş nazirlərinin üçtərəfli görüşü olduğunu xatırladıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!