Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməyib.
Milli Paralimpiya Komitəsininin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Ramazanzadə bu gün yarış öncəsi son məşqində ağır zədə alıb.
İdmançıya lazım olan yardım göstərildiyi bildirilir. pizza hut
Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub.
Xatırladaq ki, Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.
Telegram kanalımız