16-19 iyul tarixlərində İordaniyanın Amman şəhərində 5-ci Asia Para-Taekvando yarışları keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, parataekvando üzrə milli komandamız artıq 5-ci Asiya çempionatına yola düşüb. Yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə 6 idmançı təmsil edəcək. İdmançılarımız K44 kateqoriyasında yarışan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58kq), İmaməddin Xəlilov (61kq), Abuzər Əbülfəzli (75kq), Hüseyn Həsənov (75kq) və Vüsal İsmayılovdur (+75kq).
Yarış "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Qeyd edək ki, komandamız Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə bu yarışa yola düşüb.
Telegram kanalımız