“Hərbi eskalasiya mümkün qədər tez dayandırılmalıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Fransanın xarii işlər naziri Jan-Noel Barro bəyan edib.
O bildirib ki, liderini itirmiş İran hücumlarını dayandırmalı, siyasi həll üçün böyük güzəştlərə və mövqeyində radikal dəyişikliklərə razı olmalıdır. pizza hut
Barronun sözlərinə görə, Fransa zərurət yaranacağı təqdirdə Körfəz ölkələri və İordaniyanı müdafiə etməyə hazırdır:
“Raket zərbələr və pilotsuz uçuş aparatları ilə qəsdən hədəfə alınan və özlərinin seçmədiyi müharibəyə sürüklənən müttəfiq ölkələr – Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İraq, Bəhreyn, Küveyt, Oman və İordaniya – üçün Fransa tam dəstək və bütöv həmrəylik ifadə edir. Fransa onların müdafiəsində iştirak etməyə hazırdır”.
Telegram kanalımız