Parisdə avtomobillərə 30 km/saatlıq sürət limiti tətbiq olunub

saytların hazırlanması

Evə çatdırılma

Parisdə avtomobillərə 30 km/saatlıq sürət limiti tətbiq olunub

Dünya

31 Avqust 2021 07:49 1080


Parisin əksər hissəsində avtomobillərin hərəkət sürəti 30km/saatla məhdudlaşdırılıb.

Müvafiq qayda bugündən etibarən qüvvəyə minib. Onun tətbiqində məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması və piyadaların rahatlığının artırılmasıdır.

Sürət limitinin şəhərətrafı dairəvi yola, eləcə də başlıca magistrallara şamil edilmədiyi bildirilib. Bu yollarda sürət həddi 50-70 km olaraq qalır. pizza sifarişi

Qeyd edək ki, saat 7:00-dan 21:00-dək şəhərdə faktiki orta sürət 11.9 km/saat, magistrallarda isə 30.9 km/saat təşkil edir. Bu səbəbdən də bəzi sakinlər velosipedlərdən istifadəni tərcih edirlər. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!