Parklanma yerindəki vəziyyət xaosa səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Parklanma yerindəki vəziyyət xaosa səbəb oldu

Sosial

11 Oktyabr 2024 20:55 1110


Paytaxtın bir çox ərazilərində olduğu kimi, Ağ Şəhərdə də elektrikli avtomobillərin şarj edilməsi üçün yer ayrılsa da, sürücülər oraya daxil olmaqda çətinlik çəkirlər.

Belə ki, sözügedən ərazidə quraşdırılan şarj cihazlarının ətrafı parklanma yeri kimi istifadə edildiyindən sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlamaq məcburiyyətində qalırlar.

Baku TV sürücüləri çətin vəziyyətə salan problemlə bağlı elektromobillər üçün nəzərdə tutulan enerjidoldurma cihazlarını bu əraziyə yerləşdirən "Azərişıq" ASC-yə müraciət ünvanlayıb. Dördpendirli pizza

Qurumun sözçüsü Vaqif Aydınoğlu bildirib ki, cihazların oraya qoyulması xəritə üzrə müəyyənləşib, yəni bir neçə qurumun qərarı ilə həmin yer cihazların qoyulması üçün təyin edilib.

Daha sonra ərazini parklanma yeri kimi müəyyən edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilsə də, adıçəkilən qurum məsələ ilə bağlı açıqlama verməyib.

Ətraflı videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!