Parlament bu gün yeni tərkibdə toplaşır 

saytların hazırlanması

Evə çatdırılma

Parlament bu gün yeni tərkibdə toplaşır 

Siyasət

30 Sentyabr 2024 09:30 444


Bu gün VII çağırış Azərbaycan Respublikası Milli Məclisi öz işinə başlayır. 

Yenisabah.az-ın məlumatına görə, 2024-cü il payız sessiyasında ilk iclası saat 11-00-də keçiriləcək. 

Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.  Pepperoni pizza

Qeyd edək ki, qanuna görə, hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir. 

Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir. 

İclasda, həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq. 

Qeyd edək ki, Milli Məclisin 15 komitəsi var. Ötən iclasa komitələrin sədrləri və sədr müavinləri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!