Parlamentdə insident - Rusiya himni səsləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Parlamentdə insident - Rusiya himni səsləndirildi

Dünya

28 İyun 2021 15:43 1158


Gürcüstan parlamentinin növbədənkənar iclasında Rusiyanın dövlət himni səsləndirilib.

Yenisabah.az xəbər verir ki, himni müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze çıxış edərkən mobil telefonu vasitəsilə səsləndirib.

Bundan sonra qanunverici orqanda səs-küy yaranıb. Parlamentin sədri Kaxa Kuçava xanım deputatın hərəkətini utancverici adlandırıb. pizza hut

“Bravo, bravo! Gürcüstanın müstəqillik aktının imzalandığı yerdə siz Rusiya himnini səsləndirdiniz”, - spiker deyib.

Qeyd edək ki, iclasda baş nazir İrakli Qaribaşvilinin illik hesabatı ilə bağlı siyasi debatlar keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!