Partiya rəhbəri oğurluğa görə saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Partiya rəhbəri oğurluğa görə saxlanıldı - Foto

Hadisə

02 İyul 2023 18:23 1289


Norveç Qızıl (Qırmızı) Partiyasının rəhbəri Byornar Moxnes Oslo hava limanında bahalı gün eynəyi oğurladığı üçün saxlanılıb.

Yenisabah.az “USA Today”ə istinadən xəbər verir ki, Moxnes 2 həftə əvvəl baş verən hadisədə pulunu ödəmədiyi bahalı eynəklə Oslo hava limanında mağazadan çıxdığı bəlli olduqdan sonra oğurluq etdiyi üçün Qardermoen şəhərində saxlanılıb.

Norveçli siyasətçi eynəyi “təsadüfən” götürdüyünü iddia etsə də, polis Moxnesi oğurluğa görə 3.000 Norveç kronu cərimələyib. Sezar pizza

Moxnes mövzu ilə bağlı “Facebook” hesabında eynəyin özünün olduğunu düşündüyünü və bu səbəblə çamadanına qoyduğunu bildirib.

Moxnes ictimaiyyətin bəzi dairələrinin hadisəyə həddindən artıq reaksiya verdiyini, polisin öz işini gördüyünü düşündüyünü, lakin bunun utancverici bir təcrübə olduğunu bildirib.

Norveçli siyasətçi qeyd edib ki, onun heç bir bəhanəsi yoxdur və vəziyyətin nəticələri ilə barışmaq məcburiyyətindədir. Sosial şəbəkələrdə müxalifətçini kriptoman kimi qiymətləndirənlər də çoxluq təşkil edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!