“Əslində, istənilən ölkədə iqtidarın ictimai dəstək qurumları olur və onlar müxtəlif platformalarda fəaliyyət göstərirlər. Yəni hakimi siyasi qüvvədən kənar cəmiyyətin fəal kəsiminin iqtidarın nüfuzunu sabit saxlamaq üçün fərqli formatlarda birləşməsi təcrübəsi var”.
Bu sözləri “Yeni Sabah”a siyasi şərhçi Əlabbas Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycanda bu tip hərəkatın olması iqtidara fayda gətirərdi:
“Doğrudur, bu gün Azərbaycanda hakim YAP-dan başqa özünü hakimiyyətyönlü adlandıran onlarla partiya mövcuddur. Dominos pizza
Ancaq onların nəinki fəaliyyəti, hətta mövcudluqları belə hiss olunmadığı üçün varlıqları-yoxluqları bilinmir. Onların bu hakimiyyətə nə faydası var ki? Ancaq o partiyaların çoxunun rəhbərləri neçə ildir ki, Milli Məclisdə kreslo zəbt edib oturublar, faydalılıq əmsalları da sıfır səviyyəsindədir.
Bir nümunə göstərim. Bilirsiz ki, son aylarda müxtəlif sosial şəbəkələr vasitəsilə canlı debatlar keçirilir. Ancaq həmin debatlarda hakimiyyyətin mövqeyini müdafiə etmək üçün 3-5 nəfərdən başqa heç kəs sinəsini irəli vermir. Sual yaranır, özlərini iqtidaryönlü adlandıranlar, özlərinə böyük imtiyazlar qazananlar hansı gün üçün lazımdırlar?
Buna görə də hesab edirəm ki, dediyimiz hərəkatın yaradılması lazımdır. Ancaq o hərəkatların kampaniya xatirinə formalaşdırılması nəticəni dəyişməyəcək. Bu proses təbii getməlidir”.
Telegram kanalımız