Partlayışda xəsarət alanların son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Partlayışda xəsarət alanların son durumu açıqlandı

Hadisə

06 Dekabr 2025 14:46 678


Xəbər verdiyimiz kimi, dünən "Qobu Park 1" yaşayış massivində partlayış baş verməsi səbəbilə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Dominos pizza

Qeyd edək ki, ötən gün paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub. 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!