Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2025-cu ilin ilk yarımillik maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, 16 oktyabr tarixində keçirilən tədbirdə spiker qismində Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov və komplayns üzrə baş direktor Anar Kərimov çıxış etdilər.
Mətbuat konfransında Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər, müştəri mərkəzli yanaşma, strateji inkişaf prioritetləri və istedadların idarə olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verildi. Toyuqlu pizza
Maliyyə nəticələri ilə tanış olmaq üçün bu linkə keçid edin. Əksi göstərilmədikcə, nəticələr kənar auditorlar tərəfindən təhlil olunmuş və konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır.
Nazim Hacıyev
Telegram kanalımız