Yanvarın 28-də Azərbaycan Respublikasının dövlət sərhədini pozan Ermənistan baş naziri N.Paşinyan təmas xəttinin Kəlbəcər-Tərtər istiqamətinə yaxın ərazidə düşmən hərbçilər üçün tikilmiş yeni yaşayış binalarının açılışında iştirak edib.
“Yeni Sabah” xəbər verir ki, işğalçı ölkə hökumət başçısı təntənəli mərasimə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin rəhbəri Bako Saakyanla birgə qatılıb.
Elə həmin gün B.Saakyan Kəlbəcər istiqamətində yeni tikilmiş kazarmanın açılışında da iştirak edib. Dördpendirli pizza
Telegram kanalımız