Noyabrın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində xəbər verilib. Məlumata görə, Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistan ordusunun işğal altında olan Dağlıq Qarabağdakı bir sıra hərbi hissələrə gedərək, hərbi xidmətin gedişi və mövcud vəziyyətlə tanış olublar.
Paşinyan və Saakyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və qondarma "DQR-in müdafiə naziri" Karen Abramyan müşayiət ediblər. pizza hut
Telegram kanalımız