Paşinyan Azərbaycana görün nə təklif etdi - SON DƏQİQƏ

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Azərbaycana görün nə təklif etdi - SON DƏQİQƏ

Siyasət

17 İyun 2024 08:55 23449


"Təklif edirəm ki, Azərbaycan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırsın". 

Yenisabah.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan son günlər Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan tərəfindən atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlara münasibət bildirərkən deyib.

Paşinyanın sözlərinə görə, mövcud vəziyyət problemin həllini tələb edir. Baş nazirin sözlərinə görə, razılaşma olarsa, mexanizmi işə salmaq çətin deyil. Dördpendirli pizza

Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, iyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusu həmin istiqamətdə cavab tədbirləri görüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!