Paşinyan:  “Azərbaycanla bütün əlaqələri bərpa etməyə hazırıq”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “Azərbaycanla bütün əlaqələri bərpa etməyə hazırıq”

Rəsmi

14 Dekabr 2023 11:06 1466


Ermənistan regionda kommunikasiyaların açılması üçün əməli və konkret addımlar atmağa hazırdır.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ildən artıqdır bağlıdır. Bu gün regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”. Marqarita pizza

Paşinyan qeyd edib ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına münasibəti “Sülh kəsişməsi” konsepsiyasında öz əksini tapıb.

Ermənistan hökumətinin başçısı konsepsiyanı təqdim edərək ölkəsinin Azərbaycanla əvvəllər bir neçə istiqamətdə mövcud olan dəmir yolları boyunca əlaqəni bərpa etməyə hazır olduğunu bildirib: “İlk olaraq, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonunu birləşdirən şimal marşrutu, ikinci növbədə isə, digərləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutudur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!