Paşinyan Bakıya getmək üçün ondan istifadə edir - Surenyants 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Bakıya getmək üçün ondan istifadə edir - Surenyants 

Siyasət

05 Avqust 2024 11:19 588


“Tez-tez sülhpərəst, Azərbaycanla bağlı müsbət paylaşımlar edən hakim Mülki Müqavilə Partiyasının keçmiş üzvü, hazırda bloger olan Tatul Asliyan əslində hələ də Nikol Paşinyana işləyir”. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Suren Surenyants çıxış edib. 

Politoloq T.Asliyanın partiyadan formal olaraq xaric edildiyini bildirib:  Sezar pizza

“O, bir müddət əvvəl hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirən Qarabağdan köçmüş ermənilərlə bağlı mənfi paylaşım etmişdi. Buna görə partiyadan xaric olduğu açıqlandı. Lakin onun Paşinyanın komandasından çıxarılması əslində formaldır. Onlar o qədər yaxındır və Asilyan baş nazirin bütün istəklərinə o qədər bələddir ki, ondan göstəriş almasına ehtiyac yoxdur. Hər şeyi anlayır və özü edir. T.Asilyan əslində tamamilə Paşinyanın istəklərini yazır, deyir. O və onun kimilərinin əli ilə insanlara bəzi fikirləri çatdırırlar. Məsələn, qarşıdan gələn COP29-a iştirak üçün İrəvana da dəvət məktubu göndərilib. Paşinyanın ora getməli olduğunu Asilyandan yaxşı əsaslandıracaq biri yoxdur. Tatulun bir neçə gün öncə Bakıya getmək arzusu ilə bağlı paylaşımı məhz buna görədir”. 

Qeyd edək ki, T.Asilyan bir neçə gün öncə öz sosial şəbəkə hesabında Bakını görməyi arzuladığını yazıb. O, sülhün tezliklə bərqərar olması və Azərbaycana səfər etməyi çox istədiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!