“Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasını birtərəfli qaydada ləğv edə bilməyəcək”.
Yenisabah.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinin sərlövhəli məqaləsində qeyd olunub.
Nəşr xatırladıb ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 1995-ci ildən Ermənistanda Rusiya hərbçilərinin saxlanmasına dair saziş mövcuddur və bu saziş Dövlət Dumasında təsdiqlənib. Pepperoni pizza
Sənədin 27-ci maddəsində deyilir: “Tərəflərdən biri bu müqaviləni ləğv etmək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komitə tərəfindən həll edilir. Rusiya hərbi bazasının ləğvi tərəflərin razılaşdırdığı müddətdə başa çatdırılmalıdır”.
Xatırladaq ki, 2010-cu ildə Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyanın imzaladığı Rusiya bazası haqqında sazişin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb.
Məlumatı Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin də təsdiqləyib:
“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərdən biri digər tərəfə 6 ay ərzində razılaşmanın ləğv edilməsi barədə yazılı məlumat vermədikdə müqavilənin müddəti avtomatik olaraq növbəti 5 il müddətinə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”.
Xatırladaq ki, oktyabrın 25-də Ermənistan Baş naziri Nikolay Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib ki, İrəvanın Ermənistan ərazisində Rusiya hərbi bazasının mövcudluğun saxlamaqda heç bir üstünlük görmür. Eyni zamanda erməni nazir vurğulamışdı ki, Rusiya və Ermənistan Rusiya ordusunun respublikadan çıxarılması məsələsini müzakirə etmir.
Telegram kanalımız