Paşinyan razılaşdı: YOL AÇILIR...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan razılaşdı: YOL AÇILIR...

Siyasət

14 Oktyabr 2024 09:53 14676


Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu nəqliyyat dəhlizinin Ermənistan və İran üzərindən qısa zamanda açılacağını qətiyyətlə bildirib. O, bunun zaman məsələsi olduğunu deyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki hadisələr, o cümlədən İsraillə İran arasında müharibə ehtimalının artması fonunda Orta dəhlizin İrandan keçəcəyi mümkün görünmür: Dördpendirli pizza

"Müharibə başlayarsa, yüklərin İrandan daşınması riskli olacaq. Ümid Zəngəzur dəhlizinin açılmasına qalır. Nikol Paşinyan son açıqlamasında 9 (10) noyabr 2020-ci il üçtərəfli bəyanata uyğun olaraq dəhlizin Rusiya hərbçilərinin nəzarətində olmasına razılaşdığına eyham vurub. 

Rəsmi Bakı dəhlizin Rusiyanın nəzarəti altında olmasına etiraz etmir. Ankaranın da Rusiya hərbçilərinin dəhlizə nəzarət etmələrinin əleyhinə bəyanatı yoxdur. Ankara istənilən varianta razıdır, təki Orta dəhliz işə düşsün və Çindən çıxan yüklər qısa zaman kəsiyində Türkiyəyə çatdırılsın".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!