“Paşinyan uğursuz manevrlər edir“   - Qabil Hüseynli

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan uğursuz manevrlər edir“ - Qabil Hüseynli

Siyasət

22 Oktyabr 2020 14:25 862


Ötən gün Ermənistan baş naziri Nikol Paşinyan yenidən "Facebook"da canlı yayım edib. Bildirib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır".

Erməni baş nazir bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə, ümumən əhaliyə müraciət edərək özünümüdafiə dəstələrinin yaradılmasını tapşırıb. Görünən budur ki, Ermənistan ordusunun bütün gücünü itrdiyini anlayan Paşinyan son variant olaraq əhalini silahlandıraraq Azərbaycana qarşı vuruşmağa təhrik edir.

Maraqlıdır, Paşinyanın müharibə ritorikası ilə danışmasına səbəb nədir? Sezar pizza

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Yenisabah.az-a açıqlamasında bildirib ki, Paşinyan bu cür davranmaqla siyasi iflasdan canını qurtarmaq istəyir:

“Çünki onu müxalifət partiyaları, xüsusilə də Qarabağ klanının başında duran Sarkisyanla Köçəryan ciddi şəkildə sıxırlar. Onlar təklif göndərirlər ki, Prezidentin yanında keçmiş prezidentlərin, baş nazirlərin daxil olduğu xüsusi bir qurum yaradılsın, geniş səlahiyyət verilsin və həmin qurum ölkədəki bütün proseslərə rəhbərlik etsin. Təbii olaraq Paşinyan hakimiyyəti onun əlindən almaq istədiklərini görür, ona görə də manevr edir. Gah deyir, Qarabağ problemini uduzuruq, gah da deyir ki, müharibəni davam etdirməliyik, çünki müharibədə hələ qələbə imkanları tükənməyib...”.

Siyasi şərhçi Paşinyanın məntiqdən məhrum olan fikirlər səsləndirdiyini vurğulayıb:

“Zənnimcə, bu adamın psixoloji ovqatı heç yerində deyil. Ona görə də hər gün başqa bir fikir səsləndirir. Dünya yalvarıb atəşkəs tələb edən onlar deyilmi? Düzü, mən onun bu fikrini normal qəbul etmirəm. Hesab edirəm ki, bu, sadəcə olaraq uğursuz manevrdir. Bir tərəfdən opponentlərinin müqavimətini qırmaq istəyir. Digər tərəfdən isə ola bilər ki, nəyəsə güman edir. Düşünür ki, Rusiya köməyə gələr və müharibədə Azərbaycan ordusunun hücumlarını dayandıra bilər, yəni sülh danışıqlarına gedə bilər. Zaman qazandığı təqdirdə o hakimiyyətini qoruya biləcək. Bu nöqteyi-nəzərdən onun  fikirləri qeyri-ciddidir, məntiqə söykənmir, qəbul edilməsi çətindir”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!