Paşinyan yenə Rusiyanı saymadı -   Daha bir hörmətsizlik

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan yenə Rusiyanı saymadı - Daha bir hörmətsizlik

Rəsmi

26 Oktyabr 2023 13:34 3118


Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB-nin Bişkekdə keçirilən hökumətlərarası şuralarına getməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə Ermənistanı baş nazirinin müavini Mher Qriqoryan təmsil edəcək. pizza sifarişi

N. Paşinyan sözügedən tədbirin yerinə oktyabrın 26-da Gürcüstana birgünlük işgüzar səfərə yola düşüb. O, “İpək Yolu - Tbilisi” beynəlxalq konfransında iştirak edir.

Ermənistan MDB və Aİİ-nin üzvüdür. O, Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclaslarında baş nazirin müavini Mher Qriqoryanı göndərməklə Rusiyaya bağlı qurumlara bir daha hörmətsizlik göstərib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan hökumətinin başçısı MDB liderlərinin sammitinə qatılmaqdan vaz keçib.

Paşinyanın son addımı da oktyabrın 25-də verdiyi mühüm bəyanatlar kimi açıq-aşkar anti-Rusiya meyli, Kremlə meydan oxumaq kimi yozulub. 

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!