Paşinyana “qolçomaq” dedilər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana “qolçomaq” dedilər

Dünya

07 Sentyabr 2019 07:16 1259


Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini ölkədəki ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq üçün artıq effektiv olmayan üsullardan istifadə edir.

“Yeni Sabah” erməni KİV-nə istinadla xəbər verir ki, bu fikri Yerevanda keçirdiyi mətbuat konfransında politoloq Viqen Akopyan səsləndirib.

Erməni politoloq qeyd edib: “Hakimiyyət informasiya və siyasət gündəmini yeni mövzularla doldurmağa cəhd edir. Bu, siyasət, iqtisadiyyat və idmanla bağlı məsələlərdir. Məsələn, Paşinyan Ermənistan-İtaliya futbol matçı zamanı “Facebook”da xüsusi bölmə də yaradıb. Halbuki ölkədə Amulsar mədəni, İstanbul Konvensiyası, Qarabağ münaqişəsində mövqeyimiz və Stepanakertlə münasibətlər kimi ciddi və hökumət tərəfindən həllini gözləyən problemlər mövcuddur. Məhz bu səbəbdən onlar diqqəti yayındırmaq məqsədilə müxtəlif texnologiyalardan istifadə edirlər”. pizza sifarişi

Politoloq əlavə edib ki, cəmiyyətin başını qatmaq üçün ən çox istifadə olunan vasitələrdən biri də keçmiş məmurların həbsidir. O, sabiq Maliyyə naziri və Yerevan merinin həbsini misal gətirərək qeyd edib ki, artıq bu addımlarla insanların diqqətini yayındırmaq metodu öz təsirini itirib. “Bu piar aksiyaları ötən ilin yayında işləyirdi. Cəmiyyətdə “qolçomaqların” üzə çıxarılması tələbi var idi, amma artıq bunun da vaxtı keçib”, -deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, 2019-cu ilin aprel-mayından bəri “inqilab” hay-küyü yatışıb və insanlar artıq öz həyat səviyyələri, ölkənin sosial-iqtisadi vəziyyəti, məişət problemləri ilə maraqlanır, bütün bu problemlərin konkret həllini tələb edirlər.

Erməni politoloq əlavə edib ki, bu səbəbdən sabiq Maliyyə nazirinin həbsi gündəmdə cəmi 1-2 gün qaldı. Bu mövzunu isə iqtidarın öz daxilində mövcud olan problemlər əvəz edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!